Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentdən yeni təyinat-FOTO

Prezidentdən yeni təyinat-FOTO


Azərbaycanda müdafiə sənayesi nazirinin müavini vəzifəsinə təyinat olub.

Newscenter.az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamla, Vüqar Valeh oğlu Mustafayev müdafiə sənayesi nazirinin müavini təyin edilib.

Qeyd edək ki, Veqar Mustafayev, 1986-cı ildə Bakıda anadan olub, 2004-2008-ci illərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında "Mühəndis iqtisadiyyatı və idarəetmə" (Menecment) ixtisası üzrə bakalavr, 2010-2013-cü illərdə isə Xəzər Universitetində "Maliyyə və kredit" ixtisası üzrə magistr təhsili alıb, “Biznesin idarə edilməsi" (MBA) dərəcəsi əldə edib.

O. əmək fəaliyyətinə 2006-2008-ci illərdə müxtəlif şirkətlərdə Təlim Koordinatoru, maliyyə və mühasibatlıq üzrə mütəxəssis işləməklə başlayıb, 2009-2012-ci illərdə “Ernst & Young" beynəlxalq audit şirkətində baş mütəxəssis, 2012-2014-cü illərdə "Azerfon" MMC-də Daxili audit departamentinin direktoru, 2014-2022-ci illərdə isə "PAŞA Holdinq" MMC və ona daxil olan şirkətlərdə müxtəlif vəzifələrdə çalışıb, o cümlədən "PAŞA Sığorta" və "PAŞA Həyat Sığorta" ASC-lərin Təftiş Komissiyalarının sədri olub.

Sevinc
Xəbəri paylaş