“44 günlük Vətən müharibəsindən sonra hələ də erməni işğalı altında qalan ərazilərin Azərbaycanın yuridiksiyasının qəbul etdirilməsinə maneə törədən ölkələrdən biri də Rusiyadır”.
Bu fikirləri Newscenter.az-a Azərbaycan Yüksəliş Partiyasının başqanının siyasi işlər üzrə müavini Rəşad Bakuvi səsləndirib. O əmin olduğunu bildirib ki, Rusiya Ukraynada ciddi itkilərə məruz qaldıqca, Cənubi Qafqazda da güc itirəcək və onun canı elə Cənubi Qafqaz regionunda çıxacaq: “Buna qətiyyən şübhə etmirik. Ona görə də bu müharibənin tezliklə Ukraynanın qələbəsi ilə bitmıəsini arzulayırıq”.
Rəşad Bakuvi onu da qeyd edib ki, Rusiya Ukraynanın ərazi bütövlüyünü tanımalı, bu ölkə ərazilərindən öz qoşunlarını geri çəkməlidir:
“Yalnız bu halda beynəlxalq aləm Rusiya ilə normal münasibətlər qurmaq üçün masaya oturacaq. Eyni zamanda Rusiya Moldovadan qoşunlarını geri çəkməli, Gürcüstan üçün Cənubi Osetiya və Abxaziyada yaratdığı problemlərə son qoymalı, Qarabağda Azərbaycana yaratmaq istədiyi problemlərdən əl çəkməlidir. Həmçinin, öz ölkəsinin içərisinə qayıdıb daxildə mövcud olan kifayət qədər problemlərin həllinə çalışmalıdır.
Mehman