Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Araz” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə “Tullantıları tinglərə dəyiş” aksiyası 29 mart tarixində Günəşli qəsəbəsində yerləşən “Araz superstor”un qarşısında keçiriləcək.
Newscenter.az nazirliyə istinadən bildirir ki, aksiya zamanı vətəndaşlar minimum 5 litr tutumu olan şüşə tullantı və ya 10 işlənmiş batareya təhvil verərək əvəzində ağac tingləri əldə edə biləcəklər.
"Hər kəsi aksiyada fəal iştirak etməyə, ağac əkərək təbiətə töhfə verməyə, eyni zamanda, tullantıların təkrar emalına dəstək olmağa çağırırıq. Günəşli qəsəbəsi, Babək prospekti, Qartal heykəlinin qarşısı".
Sevinc