Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə və Azərbaycanın münasibətləri möhkəm təməllərə malikdir-DEPUTAT

Türkiyə və Azərbaycanın münasibətləri möhkəm təməllərə malikdir-DEPUTAT


"Azərbaycan-Türkiyə arasındakı uzun illər müxtəlif sınaqlardan üzüağ çıxan qardaşlığı dünyaya nümunədir".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı İqbal Məmmədov səsləndirib.

Deputat qeyd edib ki, martın 26-da Bakı Olimpiya Stadionunda Ağdamın "Qarabağ" və İstanbulun "Qalatasaray" komandaları arasındakı keçirilən xeyriyyə oyunu da bir daha dünyaya qardaşlığımızın sarsılmaz olduğunu göstərdi:

"Türkiyə və Azərbaycanın münasibətləri möhkəm təməllərə malikdir. Müstəqilliyimizi bərpa etdikdən sonra qardaş Türkiyə ilə bütün sahələrdə əlaqələrimiz yüksələn xətt üzrə inkişaf etməkdədir. Ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamı siyasi, iqtisadi, mənəvi, eləcə də geostrateji mahiyyəti ilə ötən dövr ərzində öz təsdiqini tapmaqdadır. Dostluq və qarşılıqlı etimad əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Bu gün ölkələr arasındakı münasibətlər hər iki dövlət başçıları tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqdadır. Türkiyə Azərbaycana 44 günlük Vətən Müharibəsi zamanı çox böyük mənəvi və siyasi dəstək verdi. Eləcə də Türkiyədə fevralın 6-da baş verən dəhşətli zəlzələ zamanı qardaş ölkənin səsinə ilk səs verən məhz Azərbaycan oldu".

Deputat vurğulayıb ki, bu gün də Azərbaycan zəlzələ zamanı dəyişmiş ziyanın aradan qaldırılmasında qardaş Türkiyəyə dəstək olmaqdadır:

"Martın 26-da təşkil olunan qardaşlıq oyunun əsas məqsədi də Türkiyədə baş vermiş "Əsrin fəlakəti"nin - güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına yardım idi. Görüşdən əldə olunan bütün gəlirlər zəlzələdən əziyyət çəkənlərə yardım üçün Türkiyəyə göndəriləcək. Satışa çıxarılmış 62 mindən çox biletin hamısının qısa müddətdə satılması Azərbaycan xalqının çətin gündə qardaş Türkiyə ilə sarsılmaz həmrəylik nümayiş etdirməsinin əyani təsdiqidir. Əminəm ki, bundan sonra da Azərbaycan-Türkiyə arasındakı dostluq, qardaşlıq münasibəti yüksələn xəttlə davam edəcək".(sonxeber.az)
Xəbəri paylaş