Twitter-in onlayn işləməsini təmin edən bəzi kodlar internetə sızdırılıb. Newscenter.az “Reuters”-ə ostinadən xəbər verir ki, şirkətin Kaliforniya ştatında yerli məhkəməyə təqdim etdiyi sənədlərdə Twitteri işlədən kodun bəzilərinin Github-da dərc edildiyi bildirilib.
Məhkəməyə təqdim edilən iddiada İlon Maska məxsus Twitter kodu sızdıran şəxsin məlumatlarının açıqlanmasını tələb edilir. Kodu sızdıran şəxsin ləqəbinin “İfadə azadlığını sevən” mənasını verən “FreeSpeechEnthusiast” olduğu bildirilir.
Hələlik isə məhkəməyə edilən müraciətlə bağlı Twitter heç bir açıqlama verməyib.
Mehman