Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Fazil Mustafaya sui-qəsd edilib, millət vəkili güllələnib

Deputat Fazil Mustafaya sui-qəsd edilib, millət vəkili güllələnib


Milli Məclisin deputatı Fazil Mustafa güllələnib.

Newscenter-az-ın xəbərinə görə, hadisə paytaxtın Zabrat qəsəbəsində qeydə alınıb.

Belə ki, deputat evinin qarşısında silahlı hücuma məruz qalıb. Nəticədə o, sağ çiyin və sağ bud nahiyələrindən güllə yarası alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməliyyat-axtarış qrupu cəlb edilib, araşdırma aparılır.

DİN Mətbuat Xidmətindən bildirilib ki, hazırda əməliyyat-istintaq qrupu hadisə yerindədir. Hücumu törətməkdə şübhəli bilinən şəxsin axtarışı davam edir.
Xəbəri paylaş