“Dünyanın heç bir ölkəsi Rusiyanı parçalamaq, onu dağıtmaq niyyətində deyil. Eyni zamanda Rusiyaya Ukraynanı işğal səbəbindən tətbiq edilən sanksiyaların hədəfi heç də Rusiya xalqı deyil. Bu mübarizədə əsas hədəf diktatura rejimi qurmuş Putin hakimiyyətidir”.
Bu fikirləri Newscenter.az-a Azərbaycan Yüksəliş Partiyasının başqanının siyasi işlər üzrə müavini Rəşad Bakuvi səsləndirib. O bildirib ki, aparılan müharibə sırf Putinə, onun siyasi dünya görüşünə qarşıdır:
“Bu Putin hakimiyyətini, dünya görünüşünü tarixin arxivinə göndərmək üçün gedən bir savaşdır”.
AY Partiya rəsmisinin sözlərinə görə, hər kəs istəyir ki, Rusiya normal cəmiyyətin, mütərəqqi siyasi dünya görünüşünə malik insanların idarə etdiyi demokratik, hüquqa hörmət edib, qonşuluq əlaqələrini inkişaf etdirərək normal münasibətlər quran bir dövlətə çevrilsin:
"Əgər Rusiya belə bir dövlətə çevriləcəksə, təbii ki, yaxın və uzaq qonşuları ilə də münasibətləri normal məcrada inkişaf edəcək”.
Mehman