Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fazil Mustafa "qum dənələri"nin hədəfinə gəldi -ÖZƏL

Fazil Mustafa "qum dənələri"nin hədəfinə gəldi


Milli Məclisin deputatı Fazil Mustafaya qarşı edilən sui-qəsd cəhdi avtomatik olaraq diqqəti cənub qonşumuza yönəldib. Millət vəkilinin müntəzəm olaraq fars rejiminin iyrənc siyasətini haqlı olaraq tənqid etməsi, İranın terror siyasətini kəskin şəkildə pisləməsi Fazil Mustafanı Tehranın Azərbaycandakı casuz şəbəkəsinin hədəfinə çevirmişdi. Dəfələrlə sosial şəbəkə üzərindən millət vəkilinin ünvanına səslənən təhdid mesajları fonunda belə demək mümkündür.

Elə Haqq Ədalət Partiyasının Ali Məclisinin sədri Zəlimxan Məmmədli də bu qənaətdədir. Newscenter.az-ın xəbərinə görə, Zəlimxan Məmmədli hesab edir ki, bu sui-qəsdin arxasından böyük ehtimalla fars izi çıxacaq:

"Siyasi terroru istisna etmirdik. Böyük ehtimalla fars izi çıxacaq. Millət vəkili Fazil Mustafa "qum dənələri"nin hədəfinə gəldi".

Zəlimxan Məmmədli qeyd edib ki, təhlükəsizlik orqanları siyasi fiqurların, İran şovinizminin iç üzünü açmaq istiqamətində fəaliyyət göstərən simaların qorunması haqqında düşünməlidirlər:

"Ciddi mərhələni keçməkdəyik. Allah millətimizə və dövlətimizə güc versin".

Anar
Xəbəri paylaş