Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fazil Mustafaya sui-qəsdlə bağlı cinayət işi açılıb

Fazil Mustafaya sui-qəsdlə bağlı cinayət işi açılıb


Milli Məclisin Deputatı Fazil Mustafanın paytaxtın Sabunçu rayonunda yaşadığı evin qarşısında odlu silahdan açılmış atəş nəticəsində xəsarət alması faktı ilə bağlı cinayət işi başlanıb.

Newscenter.az Baş Prokurorluğa istinadən bildirir ki, hazırda Baş prokurorun birinci müavini, Bakı şəhər prokuroru və istintaq-əməliyyat qrupu hadisə yerindədir.

Media nümayəndələrindən rəsmi qurumla dəqiqləşdirmədən hadisə barədə məlumatların yayılmaması xahiş olunur.

Mehman
Xəbəri paylaş