Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran Naxçıvanla sərhədə silah-sursat və canlı qüvvə toplayır

İran Naxçıvanla sərhədə silah-sursat və canlı qüvvə toplayır


"Iran Naxçıvanla sərhəddə silah-sursat və canlı qüvvə yığmaqda davam edir. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan ilə sərhəddə uğursuz təlimlər keçirən Tehran yenə də təhdid yolunu davam etdirir".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov səsləndirib. Millət vəkili fikirlərinə belə davam edib:

"Aydındır ki, bu təlimlər və təhiddlər regiondakı yeni düzəni dəyişmək gücündə deyil. Digər tərəfdən, Tehran rejiminin müsəlman qonşusu ilə təhdid alətlərinə üstünlük verməsinin özü də İranın xarici siyasətinin qüsurlu olduğunu göstərir. Bu siyasətdən itirən tərəf, təbii ki, Tehran özü olacaq. Azərbaycan bütün təhdidlərə cavab vermək gücündədir".

Deputat hesab edir ki, məsələnin iqtisadi tərəflərinə gəldikdə isə İran ilə Azərbaycan arasında ticarət dövriyyəsi ötən il 476 milyon 438 min dollar olub. İran ölkəmizdən 29 milyon 831 min dollarlıq mal alıb. Bu o deməkdir ki, İran 2022-ci ildə Azərbaycana 446 milyon 607 min dollar dəyərində məhsul ixrac edib:

"Deməli, Azərbaycan ilə ticarət əlaqələrində İranın illik xalis qazancı 446 milyon dollardır. Bu isə həm də o deməkdir ki, İranin qüsurlu xarici siyasəti xarici iqtisadi əlaqələrə yansıyarsa o zaman itirən tərəf məhz Tehran olacaq. İranda inflyasiya səviyyəsinin kifayət qədər yüksəlməsi və xarici valyutaya tələbin kəskin artdığını nəzərə aldıqda biznes üçün bu heç də kiçik rəqəm deyil".

Mehman
Xəbəri paylaş