Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kılıçdaroğlu Muharrem İnceni öz tərəfinə çəkmək istəyir -ÖZƏL

Kılıçdaroğlu Muharrem İnceni öz tərəfinə çəkmək istəyir


"6-lı masa"nın prezidentliyə namizədi CHP lideri Kamal Kılıçdaroğlu prezident Rəcəb Tayyib Ərdoğan xaric olmaqla digər alternativlərini seçki mübarizəsindən kənarlaşdırmaq istəyir. Bu məqsədlə CHP liderinin digər prezidentliyə namizədlərlə görüşməyə başladığı bildirilir.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu məqsədlə Kamal Kılıçdaroğlu maertın 29-da Məmləkət Partiyasının sədri, prezidentliyə namizəd Muharrem İncə ilə görüşəcək.

Məlumata görə, görüşdə CHP lideri İncedən müəyyən vədlər qarşılığında seçki prosesindən kənarlaşmağı, tərəfdarlarını ona səs verməyə çağırmağı istəyəcək. Kılıçdaroğlunun yaxın günlərdə digər prezidentliyə namizəd Sinan Oğanla da görüşüb eyni məsələni müzakirə edəcəyi bildirilir.

Mehman
Xəbəri paylaş