Cari il ərzində Özbəkistan ölkəyə cəlb ediləcək xarici investisiyaların həcmini artırmağı qırara alıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, rəsmi Daşkənd il ərzində bu rəqəmi 11 milyard dollara qaldırmağı hədəfləyib.
Bu barədə prezident Şövkət Mirziyoyevin sədrliyi ilə keçirilən investisiya, ixrac və beynəlxalq əməkdaşlıqla bağlı iclasda da bildirilib. İclasda çıxış edən Mirziyoyev ilin əvvəlindən ölkəyə 764 milyon dollar xarici investisiyanın cəlb olunduğunu və bu çərçivədə 1300 iri və orta investisiya layihəsinin həyata keçirildiyini xatırladıb.
Qeyd edək ki, ötən il Özbəkistana 8 milyard dollar xarici kapital qoyulub.
Mehman