2023-cü il ərzində 250 min ton Rusiya neftinin Qazaxıstan üzərindən Özbəkistana daşınması planlaşdırılır. Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə Qazaxıstan Milli Neft Nəqliyyatı Şirkəti KazTransOil məlumat yayıb.
Belə ki, sözügedən şirkət Rusiya neftini ölkə ərazisindən Özbəkistana nəql etməyə başladıqlarını açıqlayıb.
Açıqlamada daşımaların Qazaxıstan ərazisindən keçən Omsk-Pavlodar-Çimkənd-Şagir marşrutu üzrə həyata keçirildiyi bildirilib.
Qazaxıstan Energetika Nazirliyi tərəfindən təsdiq edilmiş neft tədarükü planına uyğun həyata keçirilən daşımalara əsasən, il sonuna qədər Özbəkistana daşınan Rusiya nefti 250 min ton olacaq.
Mehman