Pakistan Birləşmiş Ştatlarda təşkil ediləcək Demokratiya Sammitində iştirakdan imtina edib. Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Sammitdə iştirak üçün ABŞ-dan dəvət göndərilsə də, Pakistan prezidentinin samiitə qatılmayacağı qeyd edilən açıqlamada həmçinin rəsmi İslamabad adından Ağ Ev rəhbəri Co Baydenə dəvətə görə təşəkkür də bildirilir.
Qeyd edək ki, Birləşmiş Ştatlar prezidenti Co Baydenin rəhbərliyi ilə keçiriləcək sammitə Pakistanın uzunmüddətli və yaxın münasibətlərdə olduğu Türkiyə və Çin dəvət edilməyib. Bu gün Vaşinqtonda başlayan Demokratiya Sammiti martın 30-da başa çatacaq.
Mehman