Rəsmi Varşava Belarus hökumətinə qarşı daha sərt sanksiyaların tətbiq edilməsinin tərəfdarıdır. Newscenter.az trthaber-ə istinadən bildirir ki, belə bir açıqlama ilə Polşanın baş naziri Mateusz Moraşiecki çıxış edib.
Baş nazir buna səbəb kimi Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirməsini göstərib. O bildirib ki, Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirmək planları Belarus hökumətinə qarşı əlavə və sərt sanksiyalarla nəticələnməlidir.
Baş nazir bu məqsədlə Avropa liderləri ilə də məsləhətləşmələr apardığını deyib.
Mehman