"Qarabağın erməni sakinləri öz gələcəklərini düşünüb daha yaxşı yaşamaq istəyirlərsə, o halda Azərbaycan dövlətinin növbəti görüş təklifinə müsbət münasibət bildirib Bakıya təşrif buyurmalıdırlar". Bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb.
Newscenter.az-a daxil olan açıqlamada bildirilib ki, Xocalıda baş tutan ilk görüşdən sonra Qarabağ separatçılarının görüş iştirakçılarına təzyiq göstərməsi Qarabağın erməni sakinlərində tərəddüd və qorxu yaradıb:
"Ona görə də Azərbaycan dövlətinin görüş təklifinə hələlik heç bir reaksiya verilməyib. Bu cür yanaşma və konstruktiv müzakirələrdən yayınma Qarabağın erməni sakinlərinin onsuz da ağır olan vəziyyətini bir qədər də mənfi istiqamətə dıyişə bilər. Çünki onlara Azərbaycan dövləti, Azərbaycan hakimiyyətindən başqa sahib duran olmayacaq".
Analitik Qrup hesab edir ki, rəsmi Bakının görüş təşəbbüsü və təklifinə müəyyən beynəlxalq təşkilatlar da dəstək verib bu prosesin irəli aparılmasına yardımçı olmalıdırlar.
Mehman