Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Yapon dənizində raket sınaqları keçirdi -ÖZƏL

Rusiya Yapon dənizində raket sınaqları keçirdi


Rusiya Yapon dənizində yeni raket sınağı həyata keçirib. Newscenter.az trthaber-ə istinadən bildirir ki, Rusiya Müdafiə Nazirliyi bununla bağlı rəsmi açıqlama yayıb.

Açıqlamada bildirilib ki, Yapon dənizində “Moskit” gəmi əleyhinə raket sınağı reallaşıb.

Sınaq əməliyyatı Rusiyanın Sakit Okean Donanmasının gəmilərinin Yaponiya dənizindəki Böyük Pyotr körfəzində baş tutub.

Bildirilib ki, 100 kilometr məsafədə olan şərti düşmən hədəfi iki “Moskit” raketi ilə uğurla vurulub.

Mehman
Xəbəri paylaş