"Təhlükəsizlik orqanlarının həm Sovet İttifaqı, həm də müstəqillik dövründə peşəkar bir qurum olaraq dövlətimizin təhlükəsizliyinin təmin olunmasında müstəsna xidmətləri olub".
Newscenter.az xəbər verir ki, bunu politoloq Vüqar Əhmədov təhlükəsizlik orqanlarının əməkdaşlarının 28 mart peşə bayramı günü ilə bağlı fikirlərini bölüşərkən səsləndirib. Bu günün tarixi əhəmiyyətindən danışan Vüqar Əhmədov diqqətə çatdırıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı Sərəncamla hər il martın 28-i Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən peşə bayramı kimi qeyd olunur:
"Ümummilli Lider Heydər Əliyevin hələ Sovet Azərbaycanı DTK-sına rəhbərlik etdiyi dövrdə bu strukturda milli, peşəkar, vətəninə və dövlətinə bağlı kadrlar formalaşmışdır. Məhz formalaşmış bu ənənəyə sadiq qalaraq bu kadrlar bu gün də dövlətimizin təhlükəsizliyinin və maraqlarının müdafiəsində iştirak edirlər.
Təhlükəsizlik orqanlarında xidmət keçən və dövlətimizin keşiyində dayanan bütün əməkdaşları peşə bayramı münasibəti ilə təbrik edir və şərəfli peşə fəaliyyətlərində uğurlar arzu edirəm".
Anar