Türkiyənin Ərzurum vilayətində xoşagəlməz olay baş verib. Newscenter.az trthaber-ə istinadən bildirir ki, Ərzurumda bibər qazı ilə oynayan uşaqlar həmin maddəni yaxınlıqdakı məscidin içərisinə də vurublar.
Həmin vaxt məsciddə namaz qılındığı üçün ibadət əhli qazdan boğulmağa başlayıb. Bibər qazı məsciddəki imama da ciddi təxir göstərib və imam namazı tamamlaya bilməyib.
Qeyd edək ki, hadisə Ərzurumun Kayakyolu məhəlləsindəki Hacı Osman Əfəndi məscidində baş verib. Hadisə ilə əlaqədar 2 uşaq saxlanılıb, sorğu-sual edilib.
İfadələri alınan uşaqlar daha sonra sərbəst buraxılaraq ailələrinə təhvil verilib.
Mehman