Türkiyədə may ayının 14-də keçiriləcək prezident seçkilərinə namizəd irəli sürmək prosesi başa çatıb. Newscenter.az trthaber-ə istinadən bildirir ki, Türkiyə Yüksək Seçki Qurumu artıq namizədliyin irəli sürülməsinin başa çatdıöını açıqlayıb.
Bununla bağlı keçirilən mətbuat konfransında çıxış edən Yüksək Seçki Qurumunun sədri Əhməd Yener 14 may seçkilərində 4 namizədin mübarizə aparacağını deyib:
"Bunlar prezident Rəcəb Tayyib Ərdoğan, CHP sədri Kamal Kılıçdaroğlu, Məmləkət Partiyasının sədri Məhərrəm İncə və ATA Alyansının namizədi Sinan Oğandır".
Mehman