"Türkiyənin düşmənlər çoxdur və bu ölkəni daxili qarşıdurmaya sürükləmək istəyənlər kifayət qədərdir".
Bu fikirləri Newscenter.az-a Haqq Ədalət Partiyasının Ali Məclisinin sədri Zəlimxan Məmmədli səsləndirib. O bildirib ki, Türkiyəni Ərdoğan kursundan imtina etdirib asılı bir vəziyyətə salmaq istəyən güclər də vardır:
"Hətta arzu etmədyimiz bu proses reallaşsa belə yeni komandanın dünya liderləri ilə anlaşa bilməsi, dünyada mövqe qazanması üçün kifayət qədər vaxt tələb olar ki, bu da Türkiyə üçün zaman itkisi olar. Bunun baş verməsi bizim də milli maraqlarımıza cavab vermir. Hər halda Türkiyədə çox gərgin bir seçki olacağını düşünürəm".
Zəlimxan Məmmədli hesab edir ki, düşüncələrimiz subyektiv olsa da, ancaq Türkiyə insanının mütləq əksəriyyətinin düşüncələri ilə üst-üstə düşəcək və Türkiyə seçiciləri ciddi siyasi bir dönəmdə ölkənin dünya çapında daha üst qatda yer tutması üçün hazırda mövcud olan xəttə səs verəcəklər.
Mehman