Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xorvatiyadan Rumıniyaya Şengen dəstəyi -ÖZƏL

Xorvatiyadan Rumıniyaya Şengen dəstəyi


Rəsmi Zaqreb Buxarestin Şengen zonasına daxil olmasını dətəkləyir.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, Xorvatiyanın daxili işlər naziri Davor Bozinovic belə bir açıqlama ilə çıxış edib.

Rəsmi təmaslar üçün paytaxt Zaqrebdə olan Rumıniyanın daxili işlər naziri Lucian Bode ilə görüşdə bunu deyən nazir, ölkəsinin cari ilin yanvarın 1-dən etibarən Şengen bölgəsinə daxil olduğunu da xatırladıb.

Bozinoviç, "Rumıniyanın Şengendə iştirakını dəstəkləyirik. Bu, həm Rumıniya, həm də Avropa Birliyi (AB) üçün vacibdir. Bunu hər fürsətdə dilə gətirməyə çalışacağıq"-deyə vurğulayıb.

Mehman
Xəbəri paylaş