Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zakir Fərəcov məhkəmədə dindirilib?

Zakir Fərəcov məhkəmədə dindirilib?


Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun məhkəmədə dindirilməsi ilə bağlı xəbərlər həqiqətə uyğun deyil.

Newscenter.az xəbər verir ki, Şəhər İcra Hakimiyyətinin yaydığı açıqlamada belə deyilir.

Bildirilir ki, ötən gün mətbuatda Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq və digər ağır cinayətlərdə təqsirləndirilən "Səda TV" MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun işində Sumqayıt Şəhər İcra Başçısı Zakir Fərəcovun şahid qismində tanınması ilə bağlı məlumat yayılıb. Bildiririk ki, yayılmış məlumat həqiqəti əks etdirmir və bu işdə şəhər icra hakimiyyətinin başçısı deyil"

"Sumqayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin əməkdaşı şahid qismində tanınıb".

Mehman
Xəbəri paylaş