Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) Afrika qitəsində vəba epidemiyasının sürətlə artdığı barədə xəbərdarlıq edib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, UNİCEF bölgədə vəziyyətin həyəcanlı durumda olduğunu bildirib.
Epidemiyanın xüsusilə şərq və cənub Afrika ölkələrində yayıldığı qeyd edilir və xəstəliyin daha çox uşaqlar üçün təhlükə yaratdığı vurğulanır.
Qeyd edək ki, epidemiyadan ən çox təsirlənən ölkələr Burundi, Efiopiya, Keniya, Malavi, Mozambik, Somali, Cənubi Sudan və Tanzaniyadır.
Mehman