Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Almaniyadan yeni qərar: Müəllimələr məktəbə hicabla gedə biləcək -ÖZƏL

Almaniyadan yeni qərar: Müəllimələr məktəbə hicabla gedə biləcək


Almaniya ölkənin müsəlman əhalisinin müsbət qarşılayacağı bir qərara imza atıb. Newscenter.az haber7.com-a istinadən bildirir ki, bundan sonra paytaxtı Berlində məktəblərdə hicablı müəllimələr də çalışa biləcək. Bununla bağlı ölkənin Təhsil Nazirliyi məktəb rəhbərliklərinə məktub göndərib.

Nazirliyin məktəb rəhbərliklərinə göndərdiyi məktubda qeyd edilir ki, yalnız qeyri-sabitliyə rəvac verə biıəcək və dövlət üçün real təhlükə yaradacaq hallarda dini geyim və rəmzlərin geyilməsi qadağan edilə bilər.

Qeyd edək ki, bu qərara qədər Almaniyada müəllimlərin hicabla məktəbə gəlməsi qadağan idi.

Mehman
Xəbəri paylaş