Birləşmiş Ştatlar administrasiyası Suriyadakı rejimin lideri Bəşər Əsədin yaxın qohumların sanksiya tətbiq edib.
Newscenter.az haber7.com-a istinadən bildirir ki, sanksiya tətbiq edilən şəxslər arasında Bəşər Əsədin iki əmisi oğlu da var. Ümumilikdə, sanksiya tətbiq edilmiş 6 nəfər narkotik ticarəti, eləcə də narkotikin bir növü olan sintetik “kaptaqon”un istehsalında günahlandırılırlar.
Belə ki, Əsədin əmisi oğullarından olan Samer Kamal Əsədin 4-cü Diviziya və "Hizbullah"ın bəzi ortaqları ilə koordinasiyalı şəkildə rejimin nəzarəti altında olan Latakiyada kaptaqon istehsal müəssisələrini idarə etdiyi bildirilir. Suriya liderinin digər əmisi oğlu Vasim Bədi Əsədin isə regional narkotik ticarəti şəbəkəsində mühüm fiqur olduğu söylənilir.
ABŞ Maliyyə Nazirliyindən verilən açıqlamada sanksiya qərarının Böyük Britaniya ilə koordinasiyalı şəkildə alındığı bildirilib.
Mehman