Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın sabitliyinə atılan güllələr -ÖZƏL

Azərbaycanın sabitliyinə atılan güllələr


Milli Məclisin deputatı Fazil Mustafaya qarşı həyata keçirilən terror aktı cəmiyyətdə ciddi etiraz doğurub. Əksəriyyət bu terror aktının arxasında İranın durduğu qənaətindədir və bu aktı Azərbaycan dövlətçiliyinə qarşı atılmış addım kimi dəyərləndirir.

Elə iqtisadçı Eldəniz Əmirov da hesab edir ki, millət vəkilinə qarşı həyata keçirilən terrorla Azərbaycan dövləti hədəf alənıb. Newscenter-az-ın xəbərinə görə, iqtisadçı bildirib ki, açılmış güllələri Fazil Mustafadan daha çox Azərbaycandakı sabitliyə atılan güllələr kimi qiymətləndirir:

"Hədəfin və hücum üsulunun kim və necə olmasından asılı olmayaraq, prosesin adı terrordur. Birmənalı olaraq, bu hadisəni şiddətlə pisləyir və Fazil Mustafaya şəfa diləyirəm".

Eldəniz Əmirov əmin olduğunu bildirib ki, icraçılar tez bir zamanda tapılaraq ən sərt şəkildə cəzalandırılacaqlar:

"Eyni zamanda terrorun başında duranların da gec, ya tez layiqli cəzalarını alacaqlarına da inanıram".

Natiq
Xəbəri paylaş