Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bayden: "İsrailin daxili işlərinə qarışmırıq" -ÖZƏL

Bayden: "İsrailin daxili işlərinə qarışmırıq"


Birləşmiş Ştatlar prezidenti Co Bayden, İsrailin daxili işlərinə qarışdıqlarına dair iddiaları rədd edib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, Ağ Ev rəhbəri Şimali Karolina ştatından qayıdarkən jurnalistlərə verdiyi açıqlamada belə deyib.

İsrailin çətin bir prosesdən keçdiyini dilə gətirən Bayden, eyni zamanda onu da vurğulayıb və əmin olduğunu bildirib ki, bu ölkənin baş naziri Benyamin Netanyahu məhkəmə islahatlarından imtina edəcək:

"Onlar bu yola davam edə bilməzlər" deyən Bayden, Netanyahunun real bir uzlaşma tapa biləcəyinə ümidli olduğunu dilə gətirib.

Mehman
Xəbəri paylaş