ABŞ Dövlət Katibi Entoni Blinken Konqresdə ifadə verməyə çağırılıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Blinkendən 2021-ci ilin iyul ayında Əfqanıstandakı amerikalı diplomatlar tərəfindən Dövlət Departamentinə göndərilən və Əfqanıstanda sürətlə pisləşən vəziyyətə diqqət çəkən məxfi sənədlərlə bağlı ifadə verməsi tələb olunub.
Blinkenə çağırış məktubu ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Maykl Makkol tərəfindən göndərilib.
Dövlət katibinin Konqresdə baş tutacaq dinləmələri gedəcəyi Amerika mətbuatında qeyd edilib..
Mehman