"Milli Məclisin deputatı Fazil Mustafanın evinin önündə güllələnməsi Azərbaycan Xarici İşlər Nazirinin İsrailə səfəri ərəfəsində və milli təhlükəsizliyimizi təmin edən təşkilatın peşə bayramı gününə təsadüf etməsi, əslində təsadüf yox, Azərbaycanın düşmənləri tərəfindən törədilmiş terror hadisəsidir. Bu hadisə, Azərbaycan dövlətinə yönəlik mesaj hesab edilə bilər".
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. Onun sözlərinə görə, regionumuzda mürəkkəb proseslər baş verir və Fazil Mustafanın bu proseslərə dair, bir deputat kimi milli maraqlarımız baxımından əhəmiyyətli, yanaşmaları olub və bu yanaşmalar ölkəmizin düşmənlərini ciddi narahat edib:
"Fazil Mustafa uzun illərin siyasət adamıdır, bir siyasi partiyanın rəhbəridir və deputatdır. Düşmən qüvvələri tərəfindən ona qarşı törədilmiş sui-qəsd hadisəsi, ölkəmizdə sabitliyin pozulmasına cəhddir və cəmiyyət arasında qorxu yaratmağa çalışılmışdır.Bu terror hadisəsi, ölkəmizə qarşı edilən bilincli cinayətdir və cavabsız qala bilməz.Terrorçular və arxasında duran himayədarları ən sərt şəkildə öz cəzalarını mütləq ki, alacaqlar. Deputat Fazil Mustafaya Allahdan şəfa diləyirik və keçmiş olsun deyirik".
Mehman