Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu terrorun arxasında ölkəmizdə sabitliyin pozulmasını istəyən qüvvələr dayanır -ÖZƏL

Bu terrorun arxasında  ölkəmizdə sabitliyin pozulmasını istəyən qüvvələr dayanır


“Bu terror aktının həm sifarişçiləri həm də icraçıları mütləq şəkildə öz cəzalarını alacaqlar”.

Bu fikirləri Newscenter.az-a politoloq Yusif Bağırzadə Milli Məclisin deputatı Fazil Mustafaya qarşı həyata keçirilmiş terror aktına münasibət bildirərkən səsləndirib. O bildirib ki, Böyük Quruluş Partiyasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fazil Mustafaya qarşı həyata keçirilmiş sui-qəsd birmənalı olaraq terror aktıdır:

"Hörmətli Fazil bəy uzun müddətdir ki, ictimai-siyasi fəaliyyətlə məşğuldur və hər kəs onun Azərbaycan yönəlik təzyiqlərə qarşı daim öz sözünü dediyini, inandığı dəyərləri necə müdafiə və təbliğ etdiyini yaxşı bilir. Təbii ki, bu hadisənin arxasında Azərbaycana mesaj verməklə yanaşı, həm də ölkəmizdə sabitliyin pozulmasını istəyən, xalqımızda qorxu yaratmağa cəhd edən qüvvələr dayanır.."

Yusif Bağırzadənin sözlərinə görə, həmin qüvvələr bilməlidirlər ki, heç bir təhdid nə dövlətimizi nə də insanımızı düşmənə boyun əyməyə məcbur edə bilməz:

"Fazil bəyin də tezliklə sağlamlığına qovuşaraq mübarizəsini qaldığı yerdən davam edəcəyinə, eləcə də terror aktının icraçı və sifarişçilərinin açkar olunaraq layiqli cəzalarını alacaqlarına heç bir şübhə yoxdur”.

Mehman
Xəbəri paylaş