Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran bütün iyrənc və qaniçən üsullarını işə salaraq Azərbaycana qarşı hücuma keçib

İran bütün iyrənc və qaniçən üsullarını işə salaraq Azərbaycana qarşı hücuma keçib


"Milli Məclisin deputatı Fazil Mustafaya qarşı terror aktının məhz martın 28-də həyata keçirilməsi təsadüfi deyil. Bu terror aktının təşkilatçıları məlum hadisə ilə sanki Azərbaycan dövlətinə mesaj ünvanlayıblar". Newscenter.az xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. Millət vəkilinə qarşı həyata keçirilən terrorun arxasında İran molla rejiminin dayandığı qənaətində olan İctimai Birlik sədri əmindir ki, aparılan araşdırmalar əsasında bu fakt təsdiqini tapacaq:

"Qeyd etdiyim kimi terror aktının martın 28-də həyata keçirilməsi təsadüfi deyildi. Çünki ondan bir gün sonra, yəni martın 29-da İsraildə Azərbaycan səfirliyinin rəsmi açılış mərasimi olacaqdı. Azərbaycanın İsraildə səfirlik açmasını uzun illərdir ki, qısqanclıqla qarşılayan, hətta rəsmi Bakını bəzən təhdid etməkdən çəkinməyən İran molla rejimi deputat Fazil Mustafaya qarşı terror həyata keçirməklə hesab edir ki, Azərbaycanı bu yoldan döndərə biləcək. Ancaq molla rejimi kifayət qədər yanılır və Azərbaycan dövləti hər bir qərarı özü müstəqil şəkildə verir".

Arzuman Muradlı onu da xatırladıb ki, deputat Fazil Mustafaya qarşı həyata keçirilən terrakt bir müddət əvvəl paytaxtın Xətai rayonundakı ticarət mərkəzlərindən birində yaşanan silahlı insdentin davamıdır və bütün bunlar eyni ssenari əsasında cərəyan edir: "Yadınızdadırsa həmin hadisə də məhz İsraildə Azərbaycan səfirliyinin açılış tarixinin müəyyən edildiyi günlərdə baş vermişdi".

Arzuman Muradlı qeyd edib ki, İran bütün iyrənc və qaniçən üsullarını işə salaraq Azərbaycana qarşı sözün həqiqi mənasında hücuma keçib:

"Bu həm də millət vəkili ilə yanaşı Azərbaycan dövlətinə qarşı atılmış güllədir".

Mehman
Xəbəri paylaş