Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsrailin xarici işlər naziri gələn ay Azərbaycana gələcək

İsrailin xarici işlər naziri gələn ay Azərbaycana gələcək


İsrailin xarici işlər naziri Eli Kohen apreldə Azərbaycana səfər edəcək.

Newscenter.az xəbər verir ki, bunu E.Kohen martın 29-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

“Nümayəndə heyətimiz ölkələrimiz arasında ticarət əlaqələrini yaxşılaşdırmaq üçün Azərbaycana səfər edəcək”, - İsrailin XİN başçısı bildirib.

O, İsraillə Azərbaycan arasında əlaqələrin inkişafı üçün potensialın böyük olduğunu vurğulayıb: “İsrail Azərbaycanla iqtisadi, texnoloji və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün səy göstərəcək”.

Mehman
Xəbəri paylaş