Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İstanbulda kolbasaya ət əvəzinə ot qatılır -ÖZƏL

İstanbulda kolbasaya ət əvəzinə ot qatılır


İstanbul şəhərində kolbasa istehsalı müəssisələrinə keçirilən baxış zamanı bir sıra ciddi nöqsanlar aşkar edilib. Newscenter.az haber7.com-a istinadən bildirir ki, Qida Laboratoriyaları və Qida Müfəttişləri Dərnəyinin (GLADER) apardığı araşdırmalar nəticəsində bəzi istehsalçıların kolbasalara insan orqanizmi üçün zərərli maddələr qatdığı ortaya çıxıb.

İstanbulun 39 bölgəsindən toplanan nümunələr əsasında müəyyən edilib ki, bəzi istehsalçılar heyvan hüceyrələrindən istifadə olunmadan yalnız otlardan istifadə edərək saxta kolbasa hazırlayıblar.

GLADER vitse-prezidenti Selman Bahadır Orhan kolbasa istehsalçıların ciddi xəbərdarlıqlar edərək bu kimi neqativ hallara yol verilməməsini zəruri hesab edib.

Qeyd edək ki, saxta kolbasa istehsalı ilə məşğul olan şirkətlər barəsində hüquqi çərçivədə addımlar atılıb.

Mehman
Xəbəri paylaş