Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kişilər qadınlara nisbətən daha tez-tez ağıllı ev cihazı quraşdırırlar

Kişilər qadınlara nisbətən daha tez-tez ağıllı ev cihazı quraşdırırlar


Kaspersky-nin qlobal sorğusuna əsasən, kişilərin (72%) qadınlara (47%) nisbətən ağıllı ev cihazları quraşdırmaq ehtimalı daha çoxdur. Həmçinin, kişilər ailənin əşyaların interneti (IoT) qadcetlərinə daha çox nəzarət edirlər. Bu, məsələn, ev ruterlərində Wi-Fi parametrlərini dəyişdirmək və ya şəbəkəyə yeni cihazlar əlavə etmək lazım olan hallara aiddir. Tipik olaraq, bu vəzifəni kişilərin 75% -i və qadınların 50% -i yerinə yetirir. Proqramların və tətbiqlərin kompüterlərə quraşdırılması ilə bağlı vəziyyət təxminən eynidir - bunu adətən kişilərin 72%-i və qadınların isə 47%-i edirlər.

Newscenter.az xəbər verir ki, uşaqların rəqəmsal vərdişlərinə gəlincə isə, fərqli bir tendensiya müşahidə olunur. Sorğunun nəticələrinə görə, hər iki valideyn gənc istifadəçilərin qadcetlərdə keçirdiyi vaxta nəzarət etməyə təxminən eyni dərəcədə hazırdırlar. Bu məsuliyyəti kişilərin 67 faizi, qadınların isə 54 faizi öz üzərinə götürür.

Rəqəmsal bazar araşdırmasına görə, 2026-cı ilə qədər ağıllı cihazlardan istifadə edən ev istifadəçilərinin sayı 573,7 milyon nəfər olacaq. Evlərdə IoT əhatə dairəsinin bu il təxminən 25% olacağı proqnozlaşdırılır.

“Ağıllı ev cihazları və həlləri insanların gündəlik işlərini xeyli asanlaşdıra bilər. Hər bir ailə ev daxilində rolların bölüşdürülməsinin hansı versiyasının onun üçün daha əlverişli olduğuna özü qərar verir. Eyni zamanda, əsas odur ki, müasir ağıllı cihazlar və təhlükəsizlik həlləri cinsindən və yaşından asılı olmayaraq hər kəs üçün əlçatan olsun”, - deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirir.

IoT cihazlarının istifadəsi ilə bağlı rəqəmsal vərdişlərin öyrənilməsinə dair tam hesabatı Kaspersky bloqunda görə bilərsiniz.
Ağıllı qadcetləri kibertəhlükələrdən qorumaq üçün Kaspersky mütəxəssisləri tövsiyə edirlər:
• istifadə edilmiş ağıllı cihazları almayın - əvvəlki sahiblər təcavüzkarlara tam uzaqdan idarəetmə vermək üçün proqram təminatını dəyişmiş ola bilər;
• cihazı satın aldıqdan sonra standart şifrəni dəyişməyi, yeni mürəkkəb şifrə təyin etməyi və onu mütəmadi olaraq yeniləməyi unutmayın;
• cihazlarınız haqqında seriya nömrələrini, IP ünvanlarını və digər məxfi məlumatları gizli saxlayın və onları sosial şəbəkələrdə paylaşmayın;
• bütün ağıllı ev ekosisteminiz üçün etibarlı təhlükəsizlik həllindən istifadə edin;
• tərtibatçılar tərəfindən buraxılan bütün yeniləmələri vaxtında quraşdırın.

* Sorğu Kaspersky-nin sifarişi ilə Arlington Research şirkəti tərəfindən aparılıb. Sorğuda 21 ölkə: ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya, İspaniya, Çin, Meksika, Braziliya, Çili, Rusiya, Türkiyə, Fransa, Hollandiya, Portuqaliya, Hindistan, İndoneziya, Filippin, Peru, Cənubi Afrika, BƏƏ və Səudiyyə Ərəbistanından olan 21 645 ağıllı ev cihazı sahibi iştirak edib.

Sevinc
Xəbəri paylaş