Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məsələ dövlətin təhlükəsizlik şurasında müzakirə edilməlidir -ÖZƏL

Məsələ dövlətin təhlükəsizlik şurasında müzakirə edilməlidir


Son bir neçə ay ərzində Azərbaycanda bir-birinin ardınca baş verən terror aktları cəmiyyətdə belə bir fikir formalaşdırıb ki, ölkədə İranın casus şəbəkəsinə qarşı daha geniş əməliyyatın keçirilməsi və bütün iranmeyillilərin zərərsizləşdirilməsinə ciddi zərurət var. Lakin tarixçi Rəfail Eminov isə hesab edir ki, bunu etmək o qədər də asan iş deyil.

Newscenter.az-ın xəbərinə görə, tarixçi qeyd edib ki, uzun illərin işləri nəticəsində İran dövləti Azərbaycan xalqının müəyyən kəsimində, bəlli regionlarda, kəndlərdə özlərinə tarixən şüurlarda möhkəm yer almış şiəçilik streotiplərinin qalıqlarını təzələyib yeniləyərək möhkəm ideoloji bağlılıq və aslılıq yarada bilib. Onun sözlərinə görə, İran şiə məzhəb camaatın savadlı mollalarının əksəriyyətinə dini təhsil verərək buraya görəvə göndərib:

“On minlərlə fanatik məzhəbçi bu gün ağam xumeyni, ağam xamnei deyir. Bu danılmaz faktdır! Fikrimcə bu məsələ dövlətin təhlükəsizlik şurasında müzakirə edilməli problemdir”.

Mehman
Xəbəri paylaş