Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxın 3 sərhədyanı kəndinin su təchizatı yaxşılaşdırılır

Qazaxın 3 sərhədyanı kəndinin su təchizatı yaxşılaşdırılır


"Azərsu" ASC Qazax rayonunun sərhədyanı bölgədə yerləşən Qaymaqlı, Aslanbəyli və Kəmərli kəndlərinin içməli su təchizatını yaxşılaşdırır.

Newscenter.az-a Səhmdar Cəmiyyətdən verilən məlumata görə, layihə dövlət investisiyası hesabına həyata keçirilir. Bu kəndlərdə indiyə qədər mərkəzləşdirilmiş içməli su təchizatı sistemləri mövcud olmayıb. Əhali içməli suya olan tələbatını uzaq məsafədən daşımaqla ödəyib.

Təsdiqlənmiş layihəyə uyğun olaraq kəndlərə içməli su 4 yeni subartezian quyusundan veriləcək. Layihə çərçivəsində nasos stansiyaları və su anbarlarının inşası da nəzərdə tutulub. Hazırda quyulararası, magistral və şəbəkə su xətlərinin, həmçinin anbarların tikintisi davam etdirilir. Layihə çərçivəsində 14 km magistral, 76 km km şəbəkə su xətlərinin inşası layihələndirilib. İndiyədək magistral su xəttinin 2, içməli su şəbəkəsinin isə 53 km-lik hissəsi inşa olunub. Qaymaqlı, Aslanbəyli və Kəmərli kəndlərində əhalinin ümumi istifadəsi üçün 496 ədəd bulaq quraşdırılacaq.

Layihə üzrə tikinti-quraşdırma işlərinin 2023-cü ilin yay aylarında başa çatdırılması nəzərdə tutulur. Yeni yaradılan infrastruktur Qazax rayonunun 3 kəndində 10 minədək sakinin içməli su təchizatını yaxşılaşdıracaq. Hazırda Qazax rayonu ilə yanaşı, Tovuz, Ağstafa və Neftçala rayonlarının kənd və qəsəbələrində içməli su layihələri həyata keçirilir.

Sevinc
Xəbəri paylaş