Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd cəhdinin edilməsi avtomatik olaraq diqqətləri İrana yönəldib. Millət vəkilinin Tehranın siyasətini müntəzəm olaraq tənqid etməsi, İranın din pərdəsi adı altında Azərbaycana terror ixrac etdiyini zamanp-zaman dilə gətirməsi Fazil Mustafanı Tehran üçün arzuedilməz şəxsə çevirmişdi. Elə millət vəkilinə qarşı edilmiş sui-qəsddən dərhal sonra İran İnqilab keşikçiləri Ordusu (SEPAH) tərəfindən yayılan məlumat da belə deməyə əsas verir.
Newscenter.az-ın xəbərinə görə, əslən Güney Azərbaycanın Sulduz şəhərindən olan Rəhim Sulduzlu bildirib ki, Fazil Mustafaya qarşı edilən terror hücumundan az müddət sonra SEPAH-ın teleqram kanalı məlum hadisə ilə bağlı bilgi paylaşıb:
"Terrorçu İran İnqilab Keşikçiləri Ordusunun telegram kanalının millət vəkili Fazil Mustafaya qarşı terror hücumu ilə əlaqədar yaydığı xəbərdə Fazil Mustafa İran və İslam duşmanı kimi qələmə verilib".
Mehman