Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukraynada sərnişin avtobusu aşıb, yaralılar var -ÖZƏL

Ukraynada sərnişin avtobusu aşıb, yaralılar var


Ukraynada içərisində çoxlu sayda sərnişinin olduğu avtobus qəzaya uğrayıb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Ukraynanın Xmelnitski şəhəri yaxınlığında baş verib.
Avtobusun qarlı-şaxtalı havada idarəetməni itirərək dərəyə yuvarlanması nəticəsində 18 nəfər xəsarət alıb. Yaralananlardan 3 nəfərin vəziyyətinin ağır olduğu bildirilir. Xəsarət alanlar xilasedicilər tərəfindən Voloçisk xəstəxanasına çatdırılıb. Rəsmi qurumıar qəza zamanı avtobusda 2-si sürücü olmaqla ümumilikdə 25 nəfərin olduğunu bildirib.

Qəzaya uğrayan avtobus Polşanın paytaxtı Varşavadan Ukraynanın Odessa şəhərinə hərəkət edirmiş.

Mehman
Xəbəri paylaş