Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vilayət Eyvazov vətəndaş qəbulu keçirəcək

Vilayət Eyvazov vətəndaş qəbulu keçirəcək


Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən cari il aprel ayının 19-da Sabirabad Rayon Polis Şöbəsinin inzibati binasında İmişli, Beyləqan, Füzuli, Xocavənd, Saatlı və Sabirabad şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.

Newscenter.az DİN-ə istinadən xəbər verir ki, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 18.04.2023-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

Mehman
Xəbəri paylaş