Yunanıstan İsraildən Spike NLOS raket sistemləri almağı qərarlaşdırıb.
Newscenter.az trthaber-ə istinadən bildirilir ki, bu barədə açıqlamanı Yunanıstanın baş naziri Kiryakos Mitsotakis verib. Baş nazir sözügedən açıqlamanı Milli Təhlükəsizlik Şurasının iclasında bildirib.
Qeyd edilib ki, Silahlı Qüvvələrin ehtiyacları üçün Spike NLOS-un alınması Milli Təhlükəsizlik Şurasının iclasında təsdiqlənib.
Yunanıstan mediasının xəbərinə görə, İsrail istehsalı olan Spike NLOS tipli raket sistemlərinin alınması üçün Təl-Əvivlə Afina arasında danışıqlar aparılır.
Mehman