Birləşmiş Ştatların Baş Qərargah rəisi general Mark Milley Çinin nüvə silahı imkanlarından ölkəsinin ciddi əndişə keçirdiyini, lakin buna qarşı heç bir addım ata bilmədiklərini söyləyib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, amerikalı general Pekinin təkcə nüvə silahı imkanlarının artmasından deyil, eyni zamanda onun Rusiya ilə yaxınlaşmasından da Vaşinqtonun ciddi narahatçılıq keçirdiyini vurğulayıb.
Mark Milley “Mövcud qlobal münasibətlər sistemində Pekin və Moskvanın bir-birinə yaxınlaşdığını görürük. Mən bunu sözün tam mənasında əsl ittifaq adlandırmazdım, lakin istər-istəməz bu yaxınlaşma bizi narahat edir" deyə vurğulayıb.
Mehman