Türkiyənin paytaxtı Ankarada İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Ankara Təhlükəsizlik Müdirliyi, eləcə də Terrorla Mübarizə və Kəşfiyyat Şöbə Müdirliyinin birgə həyata keçirdiyi əmıliyyat nəticəsində 19 nəfər həbs edilib. Əməliyyat zamanı daha 5 şübhəli şəxs qaçmağa nail olsa da, onların da saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Şübhəlilər axtarış tədbirlər və dindirilmədən sonra deportasiya edilmək üçün İmmiqrasiya İdarəsi qruplarına təhvil veriləcək.
Mehman