Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan 2003-cü ildən bu günədək bir çox uğurlara imza atıb -ÖZƏL

Azərbaycan 2003-cü ildən bu günədək bir çox uğurlara imza atıb


“Müstəqil və güclü Azərbaycanın prezidenti İlham Əliyev Ulu öndər Heydər Əliyevin etimadını hər an doğrultmaqla və onun siyasi irsinə sadiq qalmaqla 2003-cü ildən bu günədək bir çox uğurlara imza atıb. Bu uğurların təməlində Heydər Əliyev siyasətinin təsiri daim hiss olunur”.

Bu fikirləri Newscenter.az-a ictimai-siyasi fəal Anar Salehoğlu səsləndirib. O bildirib ki, 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük vətən müharibəsində əldə etdiyi böyük Zəfər də deyilənlərin ən bariz nümunəsi kimi qeyd olunmalıdır:

“Ümumilli liderimizin ruhu artıq şaddır. Çünki, onun arzusu reallaşdı. Cənab prezident ata vəsiyyətini yerinə yetirdi. Xalqımız artıq Qarabağdadır. Unutmaq olmaz ki, bu qürurlu, şərəfli qələbəni Ulu öndər Heydər Əliyev siyasətinə, onun layiqli davamçısı, əzmkar və sarsılmaz iradəli ali baş komandan İlham Əliyevə və igid Vətən oğullarına borcluyuq”.

Mehman
Xəbəri paylaş