Bundan sinra "Azərsu" və "Meliorasiya və Su Təsərrüfatı" ASC adlı qurumlar mövcud olmayacaq. Newscenter.az xəbər verir ki, bu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 30-da imzaladığı fərmanla əlaqədardır.
Belə ki, dövlət başçısının imzaladığı fərmana əsasən, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilib.
Qeyd edək ki, prezidentin fərmanı ilə Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb.
Sevinc