Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran terror ittihamlarını qəbul etmədi -ÖZƏL

İran terror ittihamlarını qəbul etmədi


Rəsmi Tehran Yunanıstanın paytaxtı Afinada daha çox yəhudi icmalarının iştirak etdiyi restoran və sinaqoqa hücum planı ilə əlaqəsi olduğu iddialarını rədd edib.

Newscenter.az-ın xəbərinə görə, İranın Yunanıstandakı səfirliyinin Twitter hesabında bu barədə açıqlama verilib. Açıqlamada bildirilib ki, İran terror aktı ilə bağlı yayılan şayiələri və ittihamları qətiyyətlə rədd edir.

Qeyd edək ki, Yunanıstanın vətəndaşların müdafiəsi naziri Takis Teodorikakos Milli Kəşfiyyat İdarəsi və Yunanıstan Terrorla Mübarizə Bölməsinin işi nəticəsində terror aktı törətməkdə şübhəli edilən iki İran əsilli pakistanlının saxlanıldığını açıqlayıb.

İsrail də öz növbəsində terror planının İran tərəfindən hazırlandığını və Mossadın köməyi ilə terraktın qarşısının alındığını iddia edib.

Mehman
Xəbəri paylaş