Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar

Laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar


Laçın rayonu 28 il işğal altında idi. Bu işğal dövründə də rayonun bütün infrastrukturu Ermənistan tərəfindən məhv edilib.

Eyni zamanda ətraf mühitə böyük ziyan vurulub. Həmçinin işğal dövründə ermənilər Laçında qanunsuz məskunlaşma siyasəti aparıblar. Xaricdə yaşamış ermənilər həm Laçın şəhərinə, həm bir neçə kəndə gətirilib və orada yerləşdirilib. Bu, da bütün beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır.

Deyə bilərik ki, Vətən müharibəsində Azərbaycan Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardı. Belə ki, İkinci Qarabağ müharibəsi dövründə Laçın rayonunun işğaldan azad edilməsi əsas vəzifələrdən biri idi. Bu əsas vəzifənin öhdəsindən də bizim qəhrəman ordumuz layiqincə gəldi. Ordumuz faktiki olaraq Laçın rayonunun cənub hissəsini döyüşərək, vuruşaraq azad etdi.

Bundan sonra Laçın rayonunun həm təhlükəsizliyinin qorunması, həm oraya keçmiş məcburi köçkünlərin tezliklə qaytarılması əsas vəzifələrdən biridir. Minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq və laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar. Laçın, nəinki Azərbaycanın dünya miqyasında ən gözəl şəhərlərindən birinə çevriləcək.

Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, MMP-nın Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova
Xəbəri paylaş