Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mart soyqırımı Azərbaycan xalqına qarşı həyata keçirilmiş etnik təmizləmədir -ÖZƏL

Mart soyqırımı Azərbaycan xalqına qarşı həyata keçirilmiş etnik təmizləmədir


Mart soyqırımı. Milli kimlik əsas götürülərək Azərbaycan xalqına qarşı həyata keçirilmiş etnik təmizləmədir.

Newscenter.az xəbər verir ki, bu fikirləri AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, bəşər tarixində xalqımız qədər tarixin müxtəlif döngələrində soyqırıma məruz qalmış ikinci bir xalq yoxdur:

"1813 Gülüstan və 1828 Türkmənçay müqavilələrindən sonra ermənilərin çar Rusiyası tərəfindən sistematik şəkildə Azərbaycan torpaqlarına köçürülməsi başlandı ki, bu hadisə sonrakı müsibətlərin başlanğıcı kimi qiymətləndirilməlidir. Rusiya imperiyası Azərbaycanın qərbi, indiki Göyçə-Zəngəzur və Qarabağ bölgəsində əhalinin say nisbətini ermənilərin lehinə dəyişməkdən ötrü ciddi addımlar ataraq İrandan, Osmanlıdan və Yaxın Şərqdən çoxlu sayda erməni ailələrini bu ərazilərə köçürdü. Nəticədə zaman keçdikdə həmin insanlar torpaq iddiaları irəli sürərək öz dövlətlərini qurmaq arzusuna düşdülər və ötən əsrdə bu arzularını məhz Azərbaycan torpaqları hesabına reallaşdırdılar".

AVP rəsmisi qeyd edib ki, XX əsrin əvvəllərində Azərbaycanın qərb bölgələrində erməni silahlı dəstələri tərəfindən müxtəlif qırğınlar törədildi və 1918- ci il 30 mart, 2- aprel qırğınları bu proseslərin davamı idi:

"Bakı Soveti və Daşnaksütun partiyası, onlara dəstək verən " eser, menşevik, kadet, daşnak" silahlı dəstələri və Bakı Sovetinin hərbi- inqilabi komitəsinin erməni əsilli Korqonovun rəhbərliyində olan qüvvələr Stepan Şaumyanın göstərişi ilə dinc əhaliyə qarşı misli görünməmiş qırğınlar törətdilər. Bakı şəhəri və quberniyasında təxminən 15-20 min, Şamaxıda 7 min, Qubada 6 min, Qarabağ, Səlyan, Lənkəran, Naxçıvan, Zəngəzur və müxtəlif ərazilərdə törədilən qırğınlar nəticəsində 50 mindən çox insan hayatını itirdi. Mart qətliamına ilk hüquqi qiyməti Ulu Öndər Heydər Əliyev verdi. Onun 6 mart 1998- ci ildə verdiyi sərəncam ilə 31 mart Azərbaycanlıların soyqırımı kimi qeyd olunmağa başlandı. Ancaq çox təhsüf ki, dünya ictimaiyyəti bu cür həssas mövzularda belə iki standartlardan çıxış edir və həqiqətləri görməzdən gəlir. Lakin Azərbaycan və Türkiyəyə təzyiq etmək üçün Fransa kimi dövlətlər heç bir əsası olmayan, tamamilə uydurma faktlara əsasən ortaya atılmış qondarma erməni soyqırımı kimi rəzaləti qəbul edir, siyasi təziq riçaqı kimi istifadə edirlər. İndiki halda bizim qarşımızda duran əsas vəzifələrdən biri Mart soyqırımı, Xocalı soyqırımı kimi həqiqətlərimizi dünya ictimaiyyətinə çatdırmaq və məzlum erməni imici ardında gizlənən xalqın əsl kimliyini bütün dünyaya tanıtmaqdır".

Mehman
Xəbəri paylaş