Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

NASA maliyyə çatışmamazlığından kəşfiyyat missiyasını ertələdi -ÖZƏL

NASA maliyyə çatışmamazlığından kəşfiyyat missiyasını ertələdi


Amerika Aerokosmik Agentliyi (NASA) Veneranın kəşfiyyat missiyasını 3 il ertələmək qərarına gəlib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, belə bir qərarın verilməsinə səbəb NASA-nın büdcəsinin azalmasıdır.

NASA Veneranın kəşfiyyatı üçün ilkin mərhələdə 2028-ci ildə həmin planetə kəşfiyyat missiyası göndərməyi qərara alsa da, sonradan büdcədə qeydə alınan azalmalar missiyanın 2031-ci ilə qədər təxirə salınmasına səbəb olub.

NASA sözçüsü Karen Foks qeyd edib ki, büdcə NASA-nın Reaktiv Sürət Laboratoriyasındakı (JPL) gecikmələr, logistik problemlər və işçi qüvvəsi çatışmazlığı səbəbindən azalıb.

Mehman
Xəbəri paylaş