"ABŞ demokratiya samiti adı altında Çin və Rusiyanın mövqelərini zəiflətməkdən ötrü ittifaq yaratmaqdadır. Məlum sammitdə iştirak edən dövlət rəhbərlərindən biri də Ermənistan baş naziri Nikol Paşinyandır ki, bu fakt sammitin əsl mahiyyətini və hansı məqsədlərə hesablandığının göstəricisidir".
Bu fikirləri Newscenter.az-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, Kremlin Ermənistan üzərində çox ciddi təsir imkanları var və bu zamana qədər həmin ölkə Rusiyanın vassalı kimi tanınıb:
"İndiki halda Rusiyanın bu proseslərə necə reaksiya verəcəyi çox maraqlıdır. Çünki, Paşinyanın demokratiya sammitinə dəvət edilməsinin söz azadlığı, insan haqları, hüquqları kimi məsələlərlə heç bir əlaqəsi yoxdur. Vaşinqton yaxşı bilir ki, Paşinyan iqtidarını gücləndirmək üçün medianı tamamilə nəzarət altına alıb, müxalif qüvvələri təqib elətdirir, bir çox hallarda isə bu proses həbslə yekunlaşır, ictimaiyyətin rəyini nəzərə almır və bu sadaladığım faktlar isə demokratiyanın prinsipləri ilə uzlaşmır".
AVP rəsmisi deyib ki, Ağ evin əsl planı Rusiyanı varlıq göstərdiyi regionlardan sıxışdırıb çıxarmaqdır:
"Ermənistan üzərindəndə bu prosesi icra edir. Yəni Ermənistanın istər iqtisadi, istərsə də siyasi gücünün artması Vaşinqtonun maraqlarında deyil".
Anar